Düşünürəm ki, bu məsələ öz həllini tapıb. İndi təfərrüata varmaq istəmirəm.
News365.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün, martın 13-də Mülki Müqavilə Partiyasının ofisində jurnalistlərlə söhbətində beynəlxalq məhkəmə proseslərinin qarşılıqlı olaraq geri götürülməsi və bu məsələlərin yeni eskalasiya üçün səbəbə çevrilməməsi barədə əvvəlki bəyanatını şərh edərkən deyib.
O, eskalasiya üçün heç bir səbəbin olmayacağına dair zəmanət alıb-almadığını soruşduqda belə cavab verib:
“Zəmanət çox aydın söz kimi görünür, lakin bir çox hallarda anlaşılmazdır. Deyirəm ki, əslində bu mətnlər statik olaraq dəyişməz qalmayıb, müəyyən təkamül keçiriblər və mətnlərin keçdiyi bu təkamül bizim üçün ən arzuolunan variant deyil, lakin biz bu təkamülü özümüz üçün məqbul kimi qiymətləndirmişik”.