RU

Zelenski Ərdoğanın Kiyevə səfərə hazırlaşdığını dedi: "Azad Ticarət Sazişini ratifikasiya etməyə hazırıq"

Bu gün Ukrayna prezidenti Volodmir Zelenski Kiyevdə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri İbrahim Yumaklı, Ticarət naziri Ömər Bolat və türk iş adamlarından ibarət heyəti qəbul edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Ukrayna prezidenti açıqlama verib.

Onun sözlərinə görə, Ankarada prezident Rəcəb Tayyib Ərdoğanla keçirdiyi son görüşün nəticəsi olaraq nazirlərlə müzakirə aparıb: "Türk iş dünyasının Ukraynada olması vacibdir. Ukraynada ədalətli və daimi sülhün bərqərar olması üçün səylər, Türkiyə ilə Ukrayna arasında əlaqələrin inkişafı, müxtəlif tipli pilotsuz uçuş aparatlarının istehsalı sahəsində əməkdaşlıq imkanları və türk şirkətlərinin ölkəmizin yenidən qurulmasında iştirakı müzakirə olunub. Ölkəmiz Türkiyəni həm strateji tərəfdaşlarından, həm də təhlükəsizlik tərəfdaşlarından biri kimi görür və prezident Ərdoğanın yaxınlaşan səfəri zamanı Türkiyə ilə Azad Ticarət Müqaviləsini ratifikasiya etməyə hazırıq”.

Samir Musayev

MİA.AZ

Избранный
11
5
mia.az

6Источники