RU

UEFA Avropa Liqası: İlk dörddəbir finalçılar müəyyənləşdilər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab görüşlərinə start verilib.
Oxu.Az xəbər verir ki, bu çərçivədə keçirilən "Atletik Bilbao" - "Roma" oyunu birincilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə ev sahiblərindən Niko Vilyams dubla imza atıb, daha bir dəfə isə Berçiçe fərqlənib. "Roma"nın yeganə qolunu Paredes vurub. Qeyd edək ki, Hummels "Roma"nı 11-ci dəqiqədən etibarən azlıqda qoyub.
Tərəflər arasında ilk matç İtaliya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşdığına görə basklar ümumi hesabda üstünlük qazanaraq (4:3) adlarını dörddəbir final mərhələsinə yazdırıblar.
Turun Bakı vaxtı ilə 21:45-də başlayan digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
"Ayntraxt Frankfurt" - "Ayaks" - 4:1 (ilk oyun - 2:1);
"Latsio" - "Viktoria Plzen" - 1:1 (ilk oyun - 2:1);
"Olimpiakos" - "Budyo Qlimt" - 2:1 (ilk oyun - 0:3).
İki oyunun nəticəsinə görə "Ayntraxt Frankfurt", "Latsio", "Budyo Qlimt" və "Atletik Bilbao" 1/4 final mərhələsinə adlayıblar.
Избранный
15
1
oxu.az

2Источники