Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə U23 Avropa çempionatı sona yaxınlaşır.
Rekord.az xəbər verir ki, bu gün yunan-Roma güləşi üzrə ilk medalçılar müəyyənləşib.
Güləşçilərimiz günü 1 gümüş və 2 bürünc medalla başa vurub.
Elmir Əliyev (55 kq) bürünc medal uğrunda görüşdə çexiyalı Filip Bartoşikə heç bir şans tanımayıb (8:0) və fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Ziya Babaşov (63 kq) finalda moldovalı Vitali Yeriomenkoyla qarşılaşıb. Təəssüf ki, titulunu qoruya bilməyib və 1:3 hesabıyla məğlub olub. Beləliklə, Babaşov qitə birinciliyini gümüş medalla başa vurub.
Xasay Həsənli (77 kq) gündüz seansında təsəlliverici görüşə çıxıb. Güləşçimiz bolqarıstanlı Albert Doyevi 7:3 hesabıyla üstələyib. Həsənli axşam seansında isə Mixal Zelenkaya tam üstünlüklə (9:1) qalib gələrək bürünc medalı boynundan asıb.