RU

Fransa prezidenti özbək dilində danışdı

Özbəkistan prezidenti Şavkat Mirziyoyevin Parisə səfəri başlayıb.

Qaziler.az bildirir ki, Kazinform agentliyinin müxbiri xəbər verir.

Səfər zamanı dövlət başçıları məhdud tərkibdə danışıqlar aparıb, Özbəkistan və Fransa arasında münasibətlərin yeni səviyyəyə qaldırılması imkanlarını müzakirə ediblər. Xüsusilə, innovativ və sənaye əməkdaşlığının inkişafına yönəlmiş yeni proqram hazırlanıb. Görüşlərin yekunu üzrə 10-dan çox sənəd imzalanıb.

Maraqlıdır ki, səfər münasibətilə Emmanuel Makron həmkarını özbək dilində salamlayıb.

"Parisə xoş gəldiniz, əziz Şavkat! Bu dövlət səfəri ilə biz gələcək tərəfdaşlıq üçün verdiyimiz vədi yerinə yetiririk, Fransa ilə Özbəkistan arasında dostluq bağlarını daha da möhkəmləndiririk. Yaşasın Özbəkistan! Yaşasın Fransa!" – Fransa prezidenti sosial şəbəkədə yazıb.

Makron çərşənbə günü axşam ziyafətində Özbəkistan nümayəndə heyətinə özbək dilində müraciət edib.

Xatırladaq ki, 2024-cü il noyabrın 4-5-də Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin Fransaya dövlət səfəri baş tutub. Fransa Prezidenti Emmanuel Makron Qasım-Jomart Tokayevin səfəri ilə bağlı qazax dilində yazıb və bununla da dövlət başçısına hörmət və minnətdarlığını bildirib.

QAZİLER.AZ

Избранный
2
1
qaziler.az

2Источники