RU

Yermak: ABŞ dondurulmuş münaqişənin əleyhinədir

Ukrayna Rusiya ilə dondurulmuş münaqişəyə getməyəcək. ABŞ Kiyevin bu mövqeyini dəstəkləyir.

APA xəbər verir ki, bu fikri telemarafon yayımında Ukrayna Prezident Ofisi Aparatının rəhbəri Andrey Yermak söyləyib.

"Biz çox açıq şəkildə demişik ki, heç vaxt dondurulmuş münaqişəyə getməyəcəyik. Biz qəti şəkildə bunun əleyhinəyik və burada bizim mövqelərimiz amerikalı tərəfdaşlarımızla tamamilə üst-üstə düşür. Onlar həm də dondurulmuş münaqişənin əleyhinədirlər ", - deyə Yermak qeyd edib.

Избранный
3
1
apa.az

2Источники