RU

Ruslar 6 saat Aysız qalacaqlar

Ayrı-ayrı fazaları Rusiyada Çukotka və Kamçatka yarımadalarında, eləcə də Maqadan bölgəsində görünəcək Günəş tutulması 6 saatdan çox davam edəcək.

Publika.az xəbər verir ki, bu barədə Moskva Planetariumunun mətbuat xidməti məlumat yayıb.

Tutulma zamanı Ay Şir bürcündə, demək olar ki, Qız bürcü ilə sərhəddə olacaq.

“Tutulmanın ümumi müddəti 6 saat 3 dəqiqə olacaq: o, Moskva vaxtı ilə saat 06:57-də başlayacaq və 13:00-da başa çatacaq. Tutulmanın ümumi mərhələsi 1 saat 5 dəqiqə davam edəcək. Rusiyada onu yalnız Çukçi yarımadasından müşahidə etmək olar, orada artıq həmin vaxt axşam olacaq. Ancaq oradan belə tutulma əvvəldən görünməyəcək. Qərbdə, Kamçatka yarımadasında və Maqadan vilayətində yalnız tutulmanın son mərhələlərini görmək mümkün olacaq”, - planetariumdan aydınlıq gətirilib.

Избранный
14
1
publika.az

2Источники