ABŞ Prezidenti Donald Tramp Nəqliyyat Nazirliyində vəzifəyə gələ biləcək şəxslərin adlarını açıqlayıb.Metbuat/az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir. Bildirilib ki, irəli sürülən adlar arasında türkəsilli amerikalı həkim və aparıcı Mehmet Özün bacısı Seval Özün də adı var. O, ABŞ nəqliyyat nazirinin müavini vəzifəsinə namizəd göstərilib.Qeyd edək ki, Seval Öz Massaçusets Texnologiya İnstitutunda elektronika təhsili alıb. O, daha əvvəl “Google” və avtomobil nəhəngi “Continental”da yüksək vəzifələrdə çalışıb.