RU

Evlər sürətlə bahalaşır: gənclər necə ev alacaq?

Bazarın real vəziyyəti göstərir ki, orta gəlirli vətəndaşların və gənclərin mənzil almaq imkanları aşağıdır və hər il bu göstərici daha da pisləşir. Müraciətlərin azalması da bunu sübut edir ki, qiymət artımı bu prosesə birbaşa təsir edir.
Bu sözləri BUTA.TV-a açıqlamasında əmlak eksperti Ramil Osmanlı mənzil bazarında qiymətlərin qalxmasını şərh edərkən deyib. “Bazarda süni qiymət artımı və ya bu istiqamətdə cəhdlər barədə müzakirələr aparılsa da, ümumilikdə, qiymətlərin qalxmasına təsir edən real faktorlar da var. Şəhərsalma ilə bağlı qəbul edilən qərarlar, icazələrin alınması prosesinin çətinləşməsi, pul axınları və makroiqtisadi amillər bu sahəyə təsir göstərir. Bəzi hallarda spekulyativ addımlar müşahidə olunsa da, qiymət artımını yalnız süni amillərlə izah etmək doğru deyil”, - R.Osmanlı bildirib. Onun sözlərinə görə, hazırda bazarda qiymətlərin azalmasına təsir göstərən süni maneələr də var: “Tikinti şirkətləri və investorlar kənar maliyyə resurslarına malik olduqları üçün tələb azalsa belə, qiymətləri aşağı salmırlar. Bu da bazarda stabil qiymətlərin saxlanmasına və zaman-zaman artmasına səbəb olur”. Ekspert kirayə mənzil bazarında da qiymət artımlarının davam etdiyini vurğulayıb:

“Mənzilin qiyməti artdıqca, onun gəlirliliyi də dəyişir, bu da kirayə qiymətlərinin yüksəlməsinə səbəb olur. Eyni zamanda, şəhərdə aparılan söküntü işləri nəticəsində kirayə tələbatı artır. Bu isə təbii ki, qiymətlərin artmasına gətirib çıxarır”.

Избранный
4
2
buta.tv

3Источники