1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Ağdaş rayonu Ləki qəsəbəsi 2024-cü il təvəllüdlü İsa İlqar oğlu İbrahimov bədəninin 2-ci, 3-cü dərəcəli termiki su yanığı diaqnozu ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Oxu.Az-ın məlumatına görə, valideynləri azyaşlının evdə nəzarətsiz qaldığı üçün ehtiyatsızlıqdan çaydandan qaynar suyun tökülməsi nəticəsində xəsarət aldığını bildirib.
O, vəziyyəti ağır olduğu üçün Bakı şəhərindəki Yanıq Mərkəzinə təxliyə olunub.
Faktla bağlı araşdırma aparılır.
Şükufə Süleymanlı