RU

Ağdaşda bir yaşlı uşağın üzərinə qaynar su töküldü: Vəziyyəti ağırdır

Ağdaş rayonu Ləki qəsəbəsi 2024-cü il təvəllüdlü İsa İlqar oğlu İbrahimov bədəninin 2-ci, 3-cü dərəcəli termiki su yanığı diaqnozu ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

AzEdu.az Oxu.az-a istinadən xəbər verir ki, valideynləri azyaşlının evdə nəzarətsiz qaldığı üçün ehtiyatsızlıqdan çaydandan qaynar suyun tökülməsi nəticəsində xəsarət aldığını bildirib.

O, vəziyyəti ağır olduğu üçün Bakı şəhərindəki Yanıq Mərkəzinə təxliyə olunub.

Faktla bağlı araşdırma aparılır.

Избранный
48
4
azedu.az

5Источники