Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayevin doğum günüdür. Xalq yazıçısının 87 yaşı tamam olur.
Modern.az saytı AYB sədri ilə əlaqə saxlayaraq ad günü təəssüratını öyrənməyə çalışıb.
O bildirib ki, doğum gününü təntənəli qeyd etməyi düşünmür.
Onu ilk təbrik edənin də biz olduğumuzu bildirən Anar Rzayevdən özünə nə arzuladığını soruşduq:
"Özümə bir neçə il də yaşamağı arzulayıram".
Biz də AYB sədrini təbrik edir, uzun ömür və can sağlığı arzulayırıq.