RU

Rəsmi Tehrandan ABŞ-ın yeni sanksiyalarına etiraz: "Bu, beynəlxalq sülh və təhlükəsizliyə təhdiddir"

İran ABŞ-ın yeni sanksiyalarına etiraz edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İran XİN bəyanat verib.

Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi bildirib ki, bu addım Amerikalı rəsmilərin danışıqlara hazır olduqlarına dair açıqlamalarında nə qədər qeyri-səmimi olduqlarını göstərir: "İrana qarşı yeni sanksiyalar ABŞ-ın qanunlara məhəl qoymadığınn və bizimlə danışıqlara başlamaq istəyi kimi saxta rəy formalaşdırmağa çalışdıqlarını, dünya toplumunu bununla aldatmağa cəhd etmələrini bir daha təsdiqləyir. Bu, ABŞ-ın yalan siyasətinin sübutudur. ABŞ bununla İranın digər ölkələrlə iqtisadi və ticarət əlaqələrini pozmağa can atır. Bu, beynəlxalq hüququn və azad ticarətin əsas prinsip və qaydalarının açıq şəkildə pozulması deməkdir. Bu cür birtərəfli və qeyri-qanuni hərəkətlərin nəticələrinə görə ABŞ hökumətini məsuliyyət daşıyır".

Tahir Şəlvəli
MİA.AZ

Избранный
39
1
mia.az

9Источники