İran Azərbaycanla Ermənistan arasında sülh sazişi haqqında razılaşmanı alqışlayır.
Bakıvaxtı.az İran mediasına istinadən xəbər verir ki, bunu İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.
O, iki ölkə arasında sülh müqaviləsinin şərtləri ilə bağlı razılığın əldə olunması xəbərini alqışladıqlarını deyib: “Bu, Cənubi Qafqazda davamlı sülhün bərqərar olması istiqamətində zəruri və mühüm addımdır”.