Bakıda “Boranı” restoranında yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyindən Heftelik.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə Xətai rayonu, Əhmədli qəsəbəsində restoranda yanğın baş verməsi barədə məlumat daxil olub.
Əraziyə dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Əlavə məlumat veriləcək.