Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində restoranda yanğın olması barədə ilkin məlumat daxil olub.
APA FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.
***
10.11
Bakıda "Boranı" restoranında yanğın başlayıb.
FHN-dən APA-ya bildirilib ki, "112" qaynar telefon xəttinə Xətai rayonu, Əhmədli qəsəbəsində restoranda yanğın baş verməsi barədə məlumat daxil olub.
Əraziyə dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Əlavə məlumat veriləcək.