Avrokubokların 1/8 mərhələsi başa çatdıqdan sonra UEFA ölkə reytinqlərinin siyahısını yeniləyib.
Apasport.az xəbər verir ki, yeni siyahıya əsasən, Azərbaycanın mövqeyi dəyişməyib.
Ölkə 19.625 əmsalla 30-cu pillədə qərarlaşıb.
29-cu sırada Bolqarıstan (19.875), 31-ci mövqedə İrlandiya (14.968) yer alıb.
Qeyd edək ki, siyahıya İngiltərə (109,982) başçılıq edir.