Böyük Britaniya ilk dəfə Azərbaycanda hərbi attaşe təyin edib.
Bu barədə Bizim.Media-ya Böyük Britaniyanın Bakıdakı səfirliyindən məlumat verilib.
Bu vəzifəyə Gevin Tarbard təyin edilib.
“Biz Gevin Tarbardın təyin olunmasını elan etməkdən məmnunuq. Bu, Britaniya-Azərbaycan tərəfdaşlığının güclənməsini vurğulayan tarixi bir addımdır və müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq üçün yeni imkanlar açacaq”, – diplomatik nümayəndəlikdən bildirilib..