Ötən il qanunsuz dini təbliğatla məşğul olan 97 nəfər barəsində cinayət işi başlanılıb.
APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.
Bundan başqa, 51 nəfər haqqında inzibati tənbeh tədbirləri görülüb.
Həmin şəxslərdən 255 ədəd dini ədəbiyyat, broşür, jurnal, buklet, CD disk və digər əşyalar aşkarlanıb götürülüb.