Türkiyədə 2023-cü ildə baş vermiş dağıdıcı zəlzələ bölgəsində bərpa və quruculuq işlərinə töhfə məqsədilə 100 mln. ABŞ dollarının qalan 70 mln. manat məbləğində hissəsi 2024-cü ildə aidiyyəti üzrə ayrılıb.
Milli.Az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.
Qeyd edilib ki, Türkiyədə 2023-cü ildə baş vermiş dağıdıcı zəlzələ bölgəsində bərpa və quruculuq işlərinə töhfə məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə yaşayış binalarının, sosial təyinatlı obyektlərin və təhsil ocaqlarının tikintisi üçün nəzərdə tutulmuş 100 mln. ABŞ dollarının qalan 70 mln. manat məbləğində hissəsi 2024-cü ildə aidiyyəti üzrə ayrılıb və həmin bölgədə həyata keçirilən yenidənqurma-bərpa işləri davam etdirilib.
Milli.Az