RU

Finlandiya Ukraynaya yeni hərbi yardım ayırdı

Finlandiya Ukraynaya 200 milyon avro dəyərində yeni hərbi yardım paketi elan edərək, Kiyev hökuməti ilə müdafiə sahəsində daha geniş əməkdaşlığa söz verib.

"Cebheinfo.az" xəbər verir ki, Finlandiyanın müdafiə naziri Antti Edvard Hakkanen paytaxt Helsinkidə keçirdiyi görüşdə Ukrayna müdafiə naziri Rustem Umerov ilə anlaşma memorandumu imzalayıb.

İmzalanma mərasimində çıxış edən Hakkanen Ukraynaya yardımla bağlı “geniş siyasi dəstəyin və milli birliyin” mövcudluğuna diqqət çəkərək, Kiyev rəhbərliyinin “Rusiya təhdidinə baxışını” paylaşdıqlarını bildirib.

Nazir Hakkanen Ukrayna ilə müdafiə sahəsində daha çox əməkdaşlığa söz verib və qeyd edib ki, təxminən 200 milyon avro dəyərində olan yardım paketinə "hazırda çox ehtiyac duyulan" artilleriya sursatları var.

Hakkanen deyib ki, Rusiyaya qarşı müharibə Ukrayna silahlı qüvvələrini “Avropanın ən güclülərindən birinə” çevirib və Helsinki ilə Kiyev arasında müdafiə münasibətləri “birtərəfli deyil”.

Ukraynanın Rusiyaya qarşı müdafiədə “geniş təcrübə” topladığını müdafiə edən Hakkanen, “Aydındır ki, Ukraynanın təlimlərinə diqqətlə qulaq asmalı və öz müdafiəmizi inkişaf etdirmək üçün onun təcrübəsindən faydalanmalıyıq” deyib.

Избранный
14
2
cebheinfo.az

3Источники