RU

Gələn il azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərinə 4 milyard manat ayrılacaq



"Möhtərəm Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə bütün sahələrdə bərpa-quruculuq işləri uğurla davam edir".

Newscenter.az-ın xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatını təqdim edərkən deyib.

Baş nazir deyib ki, hesabat ilinin sonunadək işğaldan azad edilmiş ərazilərdə 10.2 mindən çox keçmiş məcburi köçkün (2615 ailə) artıq evlərlə təmin edilmiş və orada yaşayırlar:

"Ümumilikdə isə 30 min insan bu ərazilərdə yaşamaqla müxtəlif sahələrdə çalışırlar.
Bununla yanaşı keçmiş qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi məqsədlərinə dövlət büdcəsindən 329 mln. manat vəsait yönəldilmişdir.
İşğaldan azad olunmuş ərazilərin dirçəldilməsi, yaşayış və həyat üçün vacib olan yeni infrastrukturun qurulması prioritet təşkil edir.

Ümumilikdə 2021-2024-cü illərdə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən cəmi 17,6 mlrd. manat vəsait ayrılmışdır, o cümlədən 2024-cü ildə 5 milyard 347 milyon manat.

2025-ci ildə 4 mlrd. manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulmuşdur".

Süleyman
Избранный
8
5
newscenter.az

10Источники