RU

Emin Əmrullayevin Latviya Basketbol Assosiasiyasının prezidenti ilə görüşünün DETALLARI

Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayevin Bakıda səfərdə olmuş Latviya Basketbol Assosiasiyasının prezidenti Raymonds Veyonis və digər nümayəndələrlə görüşünün detalları bəlli olub.

İdman.biz xəbər verir ki, bu varədə "Report"a ABF-nin vitse-prezidenti Fərrux Mahmudov məlumat verib.

O, özünün də iştirak etdiyi görüşdə bir çox məsələlərin müzakirə olunduğunu bildirib: "Cənab Veyonisin basketbola baxış tərzi çox maraqlıdır. Bizimlə müasir basketbolun sürətlə inkişaf edən dinamikisandan söhbət etdi və ölkəmizdə qısa vaxt ərzində təşkil edilmiş səviyyəli bir çempionatın inkişafını yüksək qiymətləndirdi. Bir sözlə, cənab Veyonis ilə görüşümüz gözəl alındı. Federasiya olaraq uşaq basketbolunu inkişaf etdirmək və bəlli bir səviyyəyə çatdırmaq qarşımıza qoyduğumuz əsas məqsədlərdəndir. Görüş zamanı iki ölkənin basketbolu arasında qarşılıqlı təcrübə mübadiləsinin təşkili barədə müzakirə önə çıxan məsələlərdən biri oldu".

Mahmudov 3x3 basketbolun ölkəmizdə ən populyar idman növlərindən biri olduğunu söyləyib: "Bizim üçün də basketbolun bu növünü daha üst səviyyəyə qaldırmaq çox önəmlidir. Bu istiqamətdə də işlər aparırıq. Bildiyiniz kimi, Latviyanın klassik basketbolda olduğu kimi, 3x3 basketbolda da güclü milli komandaları var və Latviyada təşkil olunacaq 3x3 basketbol üzrə təlim-məşq toplanışları bizim üçün əla təcrübə ola bilər".

İdman.biz

Избранный
3
3
idman.biz

4Источники