RU

Azərbaycanda iki universitet yaradılacaq

2026-cı ildə mövcud ali təhsil müəssisələrinin bazalarında 2 tədqiqat universiteti yaradılacaq.

News24.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.

Qeyd edilib ki, tədqiqat universiteti statusunun verilməsi ilə bağlı tələblər 2017-ci ildə Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 610 nömrəli Qərarı ilə təsdiqlənib. Hazırda beynəlxalq təcrübə əsasında həmin tələblərin yenilənməsi ilə bağlı müvafiq işlər aparılır. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası"na əsasən 2026-cı ildə mövcud ali təhsil müəssisələrinin bazalarında 2 tədqiqat universitetinin yaradılması nəzərdə tutulur.

Elmi-tədqiqat institutları və ali təhsil müəssisələrinin qarşılıqlı fəaliyyətinin təşkili, mövcud problemlərin və həll yollarının birgə müəyyənləşdirilməsi, universitetlərin beynəlxalq reytinq göstəricilərinin yüksəldilməsi, onların elmi-tədqiqat mərkəzlərinə çevrilməsi əsas məqsədlər kimi müəyyən edilib. Bu istiqamətdə bir sıra elm və ali təhsil müəssisələri arasında anlaşma memorandumu imzalanıb.


Избранный
68
26
news24.az

10Источники