2024-cü ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə 6 milyard 562 milyon manat vəsait ayrılıb (2023-cü illə müqayisədə 707 mln. manat və ya 12% çox).
Day.Az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı çıxışında deyib.
O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə geniş minatəmizləmə işləri aparılıb
"2024-cü ildə 62 min hektar, ümumilikdə isə işğaldan azad edilmiş ərazilərdə 180 min hektara yaxın ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib. 2025-ci ildə 65 min hektardan artıq ərazinin minalardan təmizlənməsi planlaşdırılır. ", - deyə Ə.Əsədov qeyd edib.