RU

Qadın 117 il yaşadı - Alimlər onun uzunömürlülüyünü araşdırıb

Maria Branyas Morera 2023-cü ildə Ginnesin Rekordlar Kitabına dünyanın ən yaşlı insanı kimi düşüb. 

 

 

Sfera.az “TRT Haber”ə istinadən xəbər verir ki, o, 117 yaşında İspaniyanın Olot şəhərində vəfat edib. 

 

 

Tədqiqatçılar Branyasın uzunömürlülük sirrini tapmaq üçün araşdırma ediblər. Barselona Universitetinin araşdırmasına görə, Branyasın genetik quruluşu hüceyrələrinin 17 yaş daha gənc işləməsini təmin edib, bağırsaq mikrobiotası isə körpə mikrobiotasına bənzəyib. 

 

 

Mütəxəssislər onun uzunömürlülüyünü həm genetik faktorlarla, həm də sağlam həyat tərzi ilə bağlı olduğunu bildiriblər. Branyas Aralıq dənizi pəhrizi ilə qidalanıb, hər gün qatıq yeyib, spirt və siqaretdən uzaq durub, mütəmadi gəzib və ailəsi ilə vaxt keçirib. Branyas, o zaman verdiyi açıqlamada, uzunömürlülüyünün sirrini “nizam, sülh, emosional tarazlıq və mənfi insanlardan uzaq durmaq” kimi izah edib. 

 

 

Qeyd edək ki, “World Supercentenarians Data Center”in məlumatına görə, 13 mart 2025-ci il tarixindən etibarən dünyanın ən yaşlı insanı 116 yaşlı braziliyalı İnah Canabarro Lukas olacaq. 

 


Fidan Hacızadə 

Избранный
3
sfera.az

1Источники