“Formula 1”in prezidenti və baş direktoru Stefano Domenikali ilə müqavilənin müddəti uzadılıb.
AZƏRTAC xəbər verir ki, italiyalı funksioner daha 5 il bu vəzifələri icra edəcək.
O, 2021-ci ilin yanvar ayından “Formula 1”ə rəhbərlik edir.
Qeyd edək ki, yarışın yeni mövsümünün açılış mərhələsi bu gün Avstraliyada start götürüb.