Bakı, TurkicWorld
Bu il Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır.
TurkicWorld xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatında qeyd edilib.
Məlumata görə, Füzuli və Zəngilan hava limanlarından sonra işğaldan azad olunmuş ərazilərdə üçüncü Laçın rayonu ərazisində Qorçu hava limanının inşası işləri davam etdirilmiş, onun istismara verilməsi 2025-ci ilin əvvəlinə nəzərdə tutulub.