Ölkənin aparıcı internet provayderi CityNet, “Nargis” Fondunun təşkilatçılığı ilə keçirilən “Torpaq əlimdə, bahar ürəyimdə” xeyriyyə yarmarkasında iştirak edəcək.
Siz də CityNet-in stendinə yaxınlaşaraq 10 ədəd iPhone 15 Pro qazanmaq şansından yararlana bilərsiniz. Baharın gəlişini simvolizə edən və xeyriyyə məqsədi daşıyan bu yarmarka 15 mart – 15 aprel tarixlərində Fəvvarələr meydanı ərazisində baş tutacaq.
CityNet, həmçinin iştirakçılara tədbir çərçivəsində sürətli internet və rəqəmsal TV xidmətlərini test etmək imkanı yaradacaq. Eyni zamanda, ziyarətçilər şirkətin stendində Novruz ənənələrini əks etdirən oyunlar, interaktiv müsabiqələrə qatılaraq müxtəlif hədiyyələr və endirimlər qazana biləcəklər.
CityNet hər kəsi yarmarkada iştirak etməyə və bahar bayramının sevincini birlikdə bölüşməyə dəvət edir!
CityNet yüksək sürətli sabit internet, ev telefonu xətti, rəqəmsal TV xidmətləri təqdim edən və daim inkişaf edən internet provayderidir. Qoşulma və ya ətraflı məlumat üçün www.citynet.az saytına keçid edə və ya *1177 ilə əlaqə saxlaya bilərsiniz.