RU

İrana yeni SANKSİYALAR - Neft naziri "qara siyahı"ya salındı

İran ABŞ administrasiyasının neft naziri Möhsün Paknejad da daxil olmaqla bir sıra şəxslərə və şirkətlərə qarşı tətbiq etdiyi yeni sanksiyaları “beynəlxalq sülh və təhlükəsizliyə təhdid” adlandırıb.

News24.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ-ın ölkənin neft sektorunu hədəf alan yeni sanksiyalarını qınayıb.

"İrana qarşı yeni sanksiyalar ABŞ-ın qanunlara məhəl qoymadığını və danışıqlarının saxtakarlıqdan başqa bir şey olmadığını sübut edir", - deyə o bildirib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü “ABŞ-ın sanksiyalar siyasətinə sadiqliyi və müstəqil ölkələrə təzyiq göstərməsini beynəlxalq səviyyədə qanunun aliliyinin pozulması və beynəlxalq sülh və təhlükəsizliyə təhdid adlandırıb”.

Bəqai qeyd edib ki, ABŞ-ın İranın digər ölkələrlə iqtisadi və ticarət əlaqələrini pozmağa yönəlmiş hərəkətləri “beynəlxalq hüququn və azad ticarətin əsas prinsip və normalarının açıq şəkildə pozulmasıdır”.

"İran bu cür birtərəfli və qeyri-qanuni hərəkətlərin nəticələrinə və təsirinə görə ABŞ hökumətini məsuliyyət daşıyır", sözçü əlavə edib.

Həmin ərəfədə ABŞ Maliyyə Nazirliyi İranın neft naziri Paknejada və İran neftinin ixracı ilə məşğul olan bir sıra şirkət və gəmilərə qarşı sanksiyalar tətbiq etmək qərarını açıqlayıb.

Aynurə


Избранный
6
news24.az

1Источники