Yevlax rayonunda kütləvi dava qətllə bitib.
Viral.az rayon prokurorluğuna istinadən xəbər verir ki, hadisə martın 13-də saat 19 radələrində Yevlax rayonu ərazisində baş verib.
Araşdırma zamanı 2005-ci il təvəllüdlü Məhəmməd Mustafazadə, 2007-ci il təvəllüdlü V.Əliyev (şərti), 2009-cu il təvəllüdlü C.Ağayevin (şərti) şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək 2008-ci il təvəllüdlü D.Qasımovu (şərti) qəsdən öldürmələrinə, 2007-ci il təvəllüdlü A.Baxışovu (şərti) isə xəsarətlər yetirərək öldürməyə cəhd etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Son Yazılar:
- Yevlaxda kütləvi dava ölümlə BİTDİ
- Bu il təmir ediləcək bağçaların sayı AÇIQLANDI
- Su təchizatında yaranan müvəqqəti fasilələr dayanıqlı su təminatına xidmət edir
A.Baxışov xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələrilə cinayət işi başlanıb, hər üç şəxs iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.