RU

Yavaşdan İmamoğluna: “Heç kimin əvəzləyicisi deyiləm”

Türkiyənin Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş son açıqlamaları ilə gündəmi alt-üst edib.

“Cebheinfo.az” xəbər verir ki, siyasətçi İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun Ankarada keçirəcəyi namizəd tanıtım toplantısına qatılmayacağını açıqlayıb.

Mansur Yavaş həmçinin Əkrəm İmamoğlunun əvəzləyicisi olmadığını da söyləyib:

“Mən siyasətə Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri olaraq başlamamışam. Uzun illərdir siyasətin içindəyəm. Bu günə qədər bildiyim doğruları söyləməkdən çəkinmədim, heç kimin quyusunu qazmadım, kimsənin də dərinə sevinmədim.

Bir siyasətçi haqqında ona qadağa gəlsin, onun yerinə keçim kimi düşünmək həm o siyasətçiyə, həm də mənə qarşı çox böyük ayıb və tərbiyəsizlikdir. Əkrəm İmamoğluna qarşı aparılan hüquqsuzluğun sonuna qədər qarşısında olacağam. 

Lakin mən heç kimin əvəzləyicisi deyiləm, özümü o vəziyyətə salmaram. Bu, həm insani, həm də siyasi baxımdan həm mənə, həm də Əkrəm başqana ayıbdır. Mənim düşüncəmə əsasən, bu, qəbuledilməz bir yanaşmadır”.

O, özünün ayrı siyasi “yol xəritəsi”nin olduğunu deyib:

“Partiyam bir qərar verdi, mən də buna hörmət edirəm. Mübahisələrin içərisində yer almayacağam. Həmçinin, özümü Cümhuriyyət Xalq Partiyasını (CHP) xaotik vəziyyət olduğu görüntüsünün içinə salacaq şəkildə əsla istifadə etdirməyəcəyəm.

Əkrəm İmamoğlu mənim yol yoldaşımdır. Ancaq mənim də siyasi yol xəritəm var. Daha öncə dediyim kimi, günü gələndə bunları oturub müzakirə edərik”.

Избранный
5
cebheinfo.az

1Источники