RU

Yaz fəslində allergik xəstəliklərdən necə qorunaq? - AÇIQLAMA

Yaz fəslinin daxil olmasına az qalıb. Bu fəsil gəlişi ilə təbiətə özünəməxsus gözəlliklər bəxş edir. Hər tərəf yaşıllaşır, bitkilər çiçək açır, havada təravət hiss olunur. Sözügedən mövsümü çoxumuz səbirsizliklə gözləyirik. Lakin əksər şəxslər üçün narahatlıq mənbəyi də ola bilir. Çünki həmin fəsil bərabərində allergik xəstəliklər gətirir. Bahar mövsümündə baş verən bu xəstəliklərin əsas səbəbləri nədir? Bəs necə qorunaq? Həkim – terapevt Günay Musayeva Missiya.Az-a açıqlamasında deyib ki, havalar isindikcə, bitkilər çiçək açmağa başladıqca bitki polenləri havada geniş şəkildə yayılmağa başlayır:“Polen əsasən həssas immun sistemi olan şəxslərdə allergik reaksiyalar yaradır. Yaz allergiyaları allergik rinit, burun axması, qaşınma, burun tıxanması, göz qıcıqlanması, asma epizodları və dəri üzərində qaşınma kimi simptomlar geniş yayılıb. Hətta bəzi insanlarda baş ağırsı, halsızlıq kimi simptomlar müşahidə edilə bilər”.Həkim əlavə edib ki, həmin xəstəliklərdən qorunmaq üçün pəncərələri mümkün qədər bağlı saxlamaq, evdə havatəmizləyici cihazlardan istifadə edilməlidir və şəxsi gigiyenaya riayət olunmalıdır:“Açıq havada vaxt keçirdikdən sonra dərhal duş almaq, paltarı dəyişmək, üz və saçları təmizləyərək polenləri yumaq gərəklidir. Polenlərin çox olduğu yerlərdə gözlük və maska taxmaq effektivdir. Bir çox şəxslərdə allergiya əleyhinə preparatlar faydalı olur. Əlbəttə ki, həkim məsələhəti ilə qəbul edilməlidir. Allergik xəstəliklər daha da şiddətli hal alarsa, həkimə getmək tövsiyə olunur”.Zərintac MayisqızıMissiya.Az

Избранный
7
missiya.az

1Источники