Dünya şöhrətli dəb dizayneri Demna Qvasaliya “Gucci” moda evinin yeni kreativ direktoru təyin edilib.
OLAY yazır ki, bundan əvvəl Demna, 10 il Fransanın məşhur “Balenciaga” markasına rəhbərlik edib.
Qvasaliya fevralın əvvəlində moda evindən ayrılan Sabato de Sarnonu əvəz edəcək və “Balenciaga”dan ayrıldıqdan dərhal sonra işə başlayacaq.
“Gucci”də Demna, qadın və kişi geyimlərinin, eləcə də aksesuarların yaradılmasına cavabdeh olacaq.
Qvasaliyanın debüt kolleksiyasının təqdimatının dəqiq tarixi hələ açıqlanmayıb, lakin onun iyulun əvvəlində vəzifəsinə başlayacağı məlumdur. Onun “Balenciaga”dakı varisinin adı hələ də məlum deyil.
Qeyd edək ki, Demna Qvasalia karyerasına “Maison Margiela” və “Louis Vuitton” markalarında çalışaraq moda sənayesində başlayıb. 2014-cü ildə o, qardaşı Quram ilə birlikdə dekonstruksiya, iri ölçülü siluetlər və gündəlik geyimlərin yenidən təsviri sayəsində tez bir zamanda məşhurlaşan “Vetements” brendini təsis ediblər.
Cəmi bir il sonra Qvasalia “Balenciaga”nın kreativ direktoru təyin edildi, burada o, dəbdəbəli seqment üçün küçə üslubunu uyğunlaşdırdı və 2021-ci ildə bir neçə onilliklər ərzində ilk yüksək moda kolleksiyasını təqdim edərək brendi yüksək moda sahəsinə qaytarıb.


