RU

"Qələbədən sonra bu ərazilərdəki abidələrin tədqiqinə xüsusi önəm verilir" - İsa Həbibbəyli

"Bu tədbir gələcəkdə ölkəmizin ərazisindəki tarixi abidələrin tədqiqinə və təbliğinə öz töhfəsini verəcək". SİA xəbər verir ki, bu sözləri “Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, dünyada bərabəri olmayan Azıx mağarasına ermənilərin torpaqlarımızı işğalı nəticəsində Qarabağdakı bütün tarixi mirasımızla yanaşı, böyük ziyan dəyib: "Vətən müharibəsində qazandığımız tarixi Qələbədən sonra bu ərazilərdəki abidələrin tədqiqinə xüsusi önəm verilir. Son iki ildə Azıx mağarasında Azərbaycan və xarici mütəxəssislərin iştirakı ilə ciddi tədqiqat işləri aparılmaqdadır".

Избранный
13
sia.az

1Источники