Bu ilin yanvar-fevral aylarında Azərbaycanda elektrik enerjisinin ixracı 301,5 milyon kVt/saat təşkil edib.
İndex.az xəbər verir ki, bu barədə Energetika Nazirliyinin açıqladığı elektrik enerjisi göstəriciləri ilə bağlı operativ məlumatlarında deyilir.
Bu, 2024-cü ilin ilk iki ayı ilə müqayisədə 79,9 milyon kVt/saat və ya 36,05 % çoxdur.
Hesabat dövründə ölkəyə elektrik enerjisinin idxalı 19,5 milyon kVt/saat təşkil edib. Bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13 milyon kVt/saat və ya 40 % azdır.
Bu ilin fevral ayında Azərbaycandan elektrik enerjisinin ixracı 39,4 milyon kVt/saat və ya 36,9 % artaraq 146,1 milyon kVt/saat təşkil edib.
Ötən ay Azərbaycana elektrik enerjisinin idxalı 8,4 milyon kVt/saat təşkil edib ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə 5,1 milyon kVt/saat və ya 37,8 % azdır.
Xatırladaq ki, 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda elektrik enerjisinin ixracı 221,6 milyon kVt/saat, idxalı isə 32,5 kVt/saat olub. Ötən ilin fevral ayında isə elektrik enerjisinin idxalı 13,5 milyon kVt/saat, ixracı isə 106,7 milyon kVt/saat təşkil edib.