RU

Tuxel ilk oyunları üçün heyəti açıqlayıb

İngiltərə millisinin almaniyalı baş məşqçisi Tomas Tuxel bu ay keçiriləcək DÇ-2026 seçmə oyunları üçün komandanın heyətini açıqlayıb.

İdman.biz xəbər verir ki, dəbət alan 26 oyunçudan ikisi - "Nyukasl"ın 32 yaşlı müdafiəçisi Den Börn, həmçinin əvvəllər yalnız yeniyetmələr yığmalarında oynamış "Arsenal"ın 18 yaşlı sol cinah müdafiəçisi Mayls Luis-Skelli əsas millidə debüt edə bilərlər.

Onlardan başqa, Cordan Henderson, Markus Raşford və Ris Ceymsin yenidən yığmaya çağrılmaları diqqəti çəkir.

Yeri gəlmişkən, Albaniya ilə martın 21-də "Uembli"də keçiriləcək qarşılaşma Tuxelin İngiltərə millisində ilk oyunu olacaq. Ondan üç gün sonra ingilislər həmin stadionda Latviya ilə qüvvələrini sınayacaqlar.

İngiltərə millisinin heyəti

Qapıçılar: Din Henderson (“Kristal Pelas”), Cordan Pikford (“Everton”), Aaron Ramsdeyl (“Sauthempton”), Ceyms Trafford (“Börnli”).

Müdafiəçilər: Den Börn ("Nyukasl"), Levi Kolvill ("Çelsi"), Mark Quei ("Kristal Pelas"), Ris Ceyms ("Çelsi"), Ezri Konsa ("Aston Villa"), Mayls Luis-Skelli ("Arsenal"), Tino Livramento ("Nyukasl"), Carell Kuansah ("Liverpul"), Kayl Uolker ("Milan").

Yarımmüdafiəçilər: Cud Bellingem ("Real Madrid"), Ebereçi Eze ("Kristal Pelas"), Cordan Henderson ("Ayaks"), Kertis Cons ("Liverpul"), Koul Palmer ("Çelsi"), Deklan Rays ("Arsenal"), Morqan Rocers ("Aston Villa").

Hücumçular: Carrod Bouen (“Vest Hem”), Fil Foden (“Mançester Siti”), Antoni Qordon (“Nyukasl”), Harri Keyn (“Bavariya”), Markus Raşford (“Aston Villa”), Dominik Solanke (“Tottenhem”).

İdman.biz

Избранный
15
2
idman.biz

3Источники