RU

Dinin dili bir mərhələdə dondu...

Kimliyin dili ilə dinin dilinin arasına fərqli bir oxuyub yazma girdi və fərqli olan kitablaşdı.

Bu fərqli olan Elm adı ilə daima inkişafa istiqamət aldı, kimliyi birləşdirən "danışılan dil" avamların, Dinin dili Dini təmsil edən mollaların, yazıb oxuma bilənlərin dili isə Elm bilənlərin dili kimi üç yerə ayrıldı.

"Rəsmi dil, xalq dili və din dili" həyatın içində hər biri öz yerini aldı.

İndi bu dərd modern dünyanın ən əsas məsələsidir,

Dil nəzəriyyəçiləri bu məsələni həll edə bilmirlər.

Təkamül nəzəriyyəçilərinin əsaslandığı Dil bədənin bir üzvü kimi fəaliyyətini ünsiyyət olaraq öyrədilən sayır, lunqvistlərin durduğları yer buradır.

Bunların qarşısında duran Homskinin nəzəriyyəsidir ki, ingilis dilini əsas alaraq nəzəriyyəsi ilə Dil təbiətə aid deyildir,

Bir tək İnsana aid bilmədiyimiz bir evolyusiyanın səbəbundən üzə çıxıb, səbəbini tapa bilmirik, amma bədənin neyronlaşdırılmış sirri kimi ciddi cəhdlərlə araşdırılır.

Dünəndəki Dillə yazıb oxuyanlar bu məsələni qəbul etməsələr də həyat hər anı ilə dəyişməyə doğru gedir.

Biz bu prosesdə iştirak edən deyilik, dərdlərimizin içində bu məsələ yoxdur.

Biz bədən ehtiyaclarımızın təqibçiləriyik.

Dil bir proqramdırmı?

Əgər bu məsələni həll edə bilsələr, ortaq bir Dil proqramı yaranmalıdır ki, o proqram bütün insanlığı özünə tabe edəcəkdir.

Bu proqram "yandır və söndür"ə bağlanmalıdır ki, Əmr gəldiyi zaman hər kəs bu proqramın parçası ola bilsin.

Din bu proqramın içindən ayrılıb, "itaət proqramı"na bağlanmalıdır. "Əmr proqramı" ilə "itaət proqramı"nın yükləndiyi məkan isə Əmri bir yerdən, itaəti başqa bir yerdən almasın deyə "Dil" in yenidən cümlələşməsinə ehtiyac yaranıb.

Dilimizi girov götürən ruscanın dərdi də budur.

İngiliscə iş dilini tam olaraq zəbt edib, "dinin dili" klassık ərəbcə olaraq qaldığı yerdə mətn ərəbcəsinə təslim olub, düşünmənin dilinin isə dəyişmə təhlükəsi vardır,

Bunun qarşısını almaqdan ötrü Cümləmizin dəyişməsi ruscadan ayrılmanın qırılma nöqtəsi ola bilər.

Nə rusca, nə Rusiya dərdimiz yoxdur,

Məsələmiz "Cümlə"mizdir.

Hələ də "Cümlə"mizi rusca qururuq.

Homskinin "Cümlə"ləri araşdıran təcrübələri bütün dünyada ən vacib elm müstəvisindədir.

İngilislər Hamletin "Olum və Ölüm" məsələsini "Yandır və Söndür"ə tətbiq etməyə çalışırlar

Ruslar isə hələ də Potebniya və Vinoqradovda dayanıblar.

Gələcək gələcək olanın işarətlərini oxuya bilənlərindir.

Bu qədər.

İdris Heydərli

visiontv.az



Избранный
1
1
visiontv.az

2Источники