RU

Ağadadaş Salyanski: "Samir müəllim mənə dedi ki..."

Azərbaycan millisinə dəvət alan gənc futbolçulardan biri də "Neftçi"nin hücumçusu Ağadadaş Salyanskidir. Baş məşqçi Fernandu Santuş qarşıdakı oyunlarda şans verəcəyi halda, o, debütünü reallaşdıracaq. 

Ağadadaş milliyə dəvətlə bağlı təəssüratlarını Fanat.Az-a bildirib. 

O, çox sevincli olduğunu bildirib: "İlk növbədə çox xoşbəxt olduğumu deyim. Əsas milliyə dəvət almaq doğrudan da fərqli hisslərdir. Hər bir azərbaycanlı kimi, mənim üçün də millimizi, bayrağımızı təmsil etmək fəxrdir. Fernandu Santuş mənə güvənərək milliyə dəvət edib. Bu, mənim üçün bir şansdır. Özümü doğrultmağa, bu dəvətdən yararlanmağa çalışacağam. İnşallah, qarşıdakı oyunlara yaxşı hazırlaşıb qələbə qazanmaqla azarkeşlərimizi, xalqımızı sevindirərik. 

Samir müəllim məni təbrik etdi və davamlı şəkildə dəvət almağı arzuladı. Mənə dedi ki, üzərimdə daha çox işləyim. Fürsətdən istifadə edib Samir müəllimə təşəkkürümü çatdırmaq istəyirəm. Gənc olmağıma baxmayaraq, mənə inanır, şans verir. Mən də onun inamını doğrultmağa çalışıram".

Qeyd edək ki, Azərbaycan millisi martın 22-də Haiti, martın 25-də Belarusla yoldaşlıq oyunları keçirəcək.

Mirağa

Избранный
8
fanat.az

1Источники