RU

Kiçik və orta gücə malik ölkələr ədalətli dünya düzəninə can atırlar - Artis Pabriks

Bakı.Trend:

Kiçik və orta gücə malik ölkələr ədalətli dünya düzənininaxtarışında mühüm rol oynayır.

Trend xəbər verirki, bunu 2019-2022-ci illərdə Latviyanın sabiq müdafiə naziriArtist Pabriks XII Qlobal Bakı Konqresi çərçivəsində “Yeni dünyanizamında orta güclər” mövzulu panel müzakirələrində etdiyi çıxışdadeyib.

Sabiq nazirin sözlərinə görə, dünya hazırda keçid dövrünüyaşayır - köhnə düzən hələ başa çatmayıb, yeni düzən isə hələ tamformalaşmayıb

“Pis xəbər ondan ibarətdir ki, yeni dünya düzəni və ya mövcuddünya düzəninin yoxa çıxması hələlik son nöqtəsinə gəlib çatmayıbvə vəziyyət, ola bilsin pisləşsin. Lakin ölçülərindən asılıolmayaraq, bütün ölkələrin hörmət etməli olduğu qanunlara əsaslananədalətli dünya düzəni gec-tez bərqərar olacaq”, - deyə ArtisPabriks bildirib.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərindəkeçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətəçevrilməsi” şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfliyanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regionalsabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirəolunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir arayagətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident,15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərintəxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazirmüavini yer alacaq.

Məqalədə:
Избранный
43
50
az.trend.az

10Источники