RU

Təsdiqləndi: Onlar Azərbaycanla sərhəddən çıxarılır – Rəsmi 

  “Ermənistanda, daha dəqiq desək Azərbaycanla sərhəddə Avropa İttifaqının kəşfiyyat fəaliyyəti göstərən missiyasının qalmağa davam etməsi Cənubi Qafqaza ciddi sabitlik təhdidləri formalaşdırır”.

"Referans"  APA-ya istinadən xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov bildirib.

O deyib ki, sülh sazişi mətninin razılaşdırılması fonunda bu faktorun aradan qaldırılması vacibdir: “Biz bölgədə davamlı sülhün bərqərar olmasından danışırıqsa, bu faktorların aradan qaldırılması vacibdir. İki dövlət arasında sülh sazişi üzrə layihədə razılaşdırılmayan iki bənd qalmışdı. Onlardan biri sərhəddə üçüncü qüvvələrin olmaması idi ki, Ermənistan da bunu qəbul edib”.


Избранный
5
11
referans.az

10Источники