İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı oyunçusu bəlli olub.
Offsideplus.az xəbər verir ki, bu mükafatı "Liverpul"un futbolçusu Məhəmməd Salah qazanıb. Misirli ulduz 12-ci dəfə bu uğura imza atıb və rekordçulardan biri olub.
Harri Keyn və Serxio Aquero da eyni sayda ayın oyunçusu seçilib.
Əlavə edək ki, Salah ötən ay 12 qolun vurulmasında birbaşa iştirak edib. O, cari mövsümdə Premyer Liqada həm ən çox qol vuran, həm də ən çox assist edən oyunçudur.