Rusiyanın "İrAero" aviaşirkəti aprelin 18-dən etibarən Nijnevartovsk-Bakı-Nijnevartovsk birbaşa reyslərinə başlayacaq.
FED.az xəbər verir ki, bu barədə aviaşirkət məlumat verib.
Bildirilib ki, uçuşlar həftədə bir dəfə cümə günləri “SSJ-100” təyyarələri ilə oktyabrın 19-dək həyata keçiriləcək.
Məlumata görə, təyyarə Nijnevartovskdan saat 19:20-də uçuşa başlayacaq, Bakıya gəliş yerli vaxtla saat 22:30-da olacaq. (Report)