"Liverpul"un vingeri Məhəmməd Salah İngiltərə Premyer Liqasının fevral ayının ən yaxşı oyunçusu seçilib.
90deqiqe.Az xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.
Bu, Salah üçün artıq yeddinci belə mükafatdır. Bu göstəricidə o, Premyer Liqa rekordunu təkrarlayaraq, “Tottenhem”in keçmiş hücumçusu Harri Keyn və “Mançester Siti”nin keçmiş hücumçusu Serxio Aqueroya çatıb.
Fevralda 32 yaşlı misirli İngiltərə çempionatının altı oyununda iştirak edib, altı qol vurub və dörd məhsuldar ötürmə edib. Keçirilən 29 matçdan sonra "Liverpul" 70 xalla Premyer Liqanın turnir cədvəlinə başçılıq edir.