“Yelo Bank”ın Bakının Yasamal rayonu ərazisində yerləşən filialının müdirinin müştərini döyərək çənəsini sındırdığı iddia edilir.
Bu barədə zərərçəkmiş “Xəzər Xəbər”ə şikayət edib.
O bildirib ki, hadisə göstərilən xidmətin gecikməsinə görə bildirdiyi etirazdan sonra baş verib.
Xezerxeber.az adınının açıqlanmasını istəməyən zərərçəkmişin qısa açıqlamasını təqdim edir.
Mövzu ilə bağlı daha ətraflı videomaterial “Xəzər Xəbər”in 21:00 buraxılışında təqdim olunacaq.