RU

Media nümayəndələri üçün növbəti “Sosial Jurnalistika” təlimi keçirilib

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində ƏməkBazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli ObservatoriyanınTəlim və İnkişaf Mərkəzində media nümayəndələri üçün növbəti“Sosial Jurnalistika” təlimi təşkil olunub.

Trend xəbərverir ki, bu dəfəki təlim “Ünvanlı dövlət sosial yardımı sahəsindəgöstərilən xidmətlər” mövzusuna həsr edilib.

Təlimdə iştirak edən 17 media qurumundan jurnalistlərə ünvanlısosial yardım üçün müraciət qaydaları barədə ətraflı məlumatverilib. Onların “Ünvanlı sosial yardımı kimlər ala bilər?”, “Hansıhallarda müraciətə imtina verilir?”, “Ehtiyac meyarı nədir vəməbləği nə qədərdir?”, “Yardım işləməyən şəxslərə təyin edilirmi?”,“Nəqliyyat vasitəsi yardımın verilməsində imtinaya səbəb olurmu?”kimi sualları cavablandırılıb.

Mövzunun mənimsənilmə səviyyəsini müəyyən etmək məqsədiləworkshop təşkil edilib. Sonda iştirakçılara sertifikatlar təqdimolunub.

“Sosial Jurnalistika” təlimlərinin təşkilində əsas məqsəd medianümayəndələrinin sosial müdafiə sahələrinə dair mövzular üzrədolğun məlumatlandırılması, bu mövzulara peşəkar yanaşmabacarıqlarının artırılması, sahəvi biliklərinin inkişaf etdirilməsivə media ilə səmərəli əməkdaşlığın qurulmasıdır.

Избранный
23
6
az.trend.az

7Источники