RU

Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalana bilər - "Haber Global"

Zəruri addımların atılacağı təqdirdə, Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalana bilər.

Bu barədə “Haber Global” telekanalının hazırladığı materialda bildirilib.

Süjetdə Azərbaycanla Ermənistan arasında mümkün sülh sazişi ilə bağlı rəsmi Bakının irəli sürdüyü şərtlərə də toxunulub:

“Bildiyimiz kimi, XII Qlobal Bakı Forumu davam edir. Forumun əhəmiyyəti Prezident İlham Əliyev tərəfindən vurğulanıb. O, bu forumda dünya üçün əhəmiyyət kəsb edən məsələlərin müzakirə olunduğunu bildirib.

Hazırda gündəmdəki əsas məsələ Ermənistan-Azərbaycan mövzusudur. İki ölkə arasında sülh sazişi layihəsindəki 17 maddə artıq razılaşdırılıb.

Bununla belə, sülh sazişinin imzalanması üçün rəsmi Bakı Ermənistanın qarşısında Azərbaycana qarşı ərazi iddialarından imtina, ATƏT-in Minsk qrupunun ləğvi, həmçinin Ermənistanın hərbiləşdirilməsinin dayandırılması və üçüncü ölkələrin regiona müdaxiləsinə şərait yaratmaması şərtini irəli sürüb.

Bunların da icra olunması üçün Ermənistanın öz konstitutiyasını dəyişdirməsi lazımdır. Bu addımlar atılarsa, sülh sazişi imzalana bilər”.

Избранный
94
50
news365.az

10Источники