ABŞ Prezidenti Donald Tramp martın 13-də Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışmayıb.
Hurriyyet.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolina Livitt bildirib.
“Xeyr, Tramp danışmayıb. Putinlə Moskvada Stiven Uitkoff danışıb”, - o, müvafiq suala cavab verib.
Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti rusiyalı həmkarı Vladimir Putinlə çox yaxşı və məhsuldar müzakirələr apardıqlarını bildirmişdi.