RU

Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb

  Sumqayıtda naməlum piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Referans.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin 76-cı məhəlləsində qeydə alınıb.

Sürücü Babək Əliyev idarə etdiyi sərnişin avtobusu ilə yolu keçən piyadanı (şəxsiyyəti dəqiqləşdirilir-red) vurub.

Ağır xəsarət alan piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.  

Избранный
28
10
referans.az

10Источники