RU

BƏƏ Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının başa çatmasını alqışlayır

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan Respublikası və ErmənistanRespublikasının sülh danışıqlarının başa çatması barədəaçıqlamasını alqışlayıb və ümidvar olduğunu bildirib ki, bu tarixiaddım həm Ermənistanın, həm Azərbaycanın, həm də bütün Qafqazregionunun inkişafına nail olmaq üçün kommunikasiya, dialoq vəsabitlik körpülərini gücləndirəcək.

Trend-in məlumatına görə, bu barədə BƏƏ Xarici İşlərNazirliyinin məlumatında bildirilib.

"Nazirin siyasi məsələlər üzrə köməkçisi Lana Nuseybe vurğulayıbki, BƏƏ regional və beynəlxalq səviyyədə təhlükəsizliyin və sülhünmöhkəmləndirilməsi, eləcə də davamlı və konstruktiv əməkdaşlığınyeni dövrünü açacaq nizamlanmanın möhkəmləndirilməsi üçün iki ölkətərəfindən razılaşdırılmış bütün tədbirləri dəstəkləyir. Nuseybeqeyd edib ki, BƏƏ Ermənistan və Azərbaycanla dərin əlaqələrəmalikdir və qarşılıqlı maraqlara nail olmaq üçün onlar arasındaəməkdaşlığı gücləndirmək niyyətindədir", - deyə nazirlikbildirib.

Избранный
14
az.trend.az

1Источники